Dünyanın kriptovalyuta bazarında yeni çöküş baş verib. FED.az xəbər verir ki, hazırda dövriyyədə olan 100 əsas kriptovalyutanın 94-nün qiyməti azalıb, cəmi 6 alətdə artım olub.
Əsas kriptovalyatalar sayılan bitkoin, «Ripple», «Etherium», «Bitkoin Keş» ucuzlaşıb. Bitkoin daha 7% ucuzlaşaraq 13,4 min dollara, «Etherium» 12% ucuzlaşaraq 1208 dollara, «Ripple» isə 13% ucazlaşaraq 1,71-ə enib.
Nəticədə bitkoin son bir həftə ərzində 13% dəfər itirib. «Etherium» son bir həftədə 22% bahalaşıb, «Ripple»də isə həftəlik ucuzlaşma dəfə olub – 3,5 dollardan 1,7 dollara.
Yüksək artım göstərən yeganə kriptovalyuta VİBE olub. Sutka ərzində onun qiyməti 45 sentdən 1,82 dolara yüksəlib.
Kriptovalyuta bazarında baş verənlər, FED.az-ın bir qədər əvvəl yazdığı kimi, buradakı qiymətlərə ən müxtəlif amillərin təsir etdiyini və bu alətlərin olduqca riskli olduğunu bir daha göstərir.
Eləcə də bax: Azərbaycanda bitkoindən milyon qazananlar var – BİTKOİN ƏHVALATLARI
Eləcə də bax: Azərbaycanda minlərlə şəxs bitkoinlə ticarət edir
Bitkoin bazarı çöküb – SON VƏZİYYƏT, QİYMƏTLƏR
09:30
11 Yan 2018