Dünyada kriptovalyutalara maraq artdıqca, Azərbaycanda da bu sahəni izləyən və koin bazarında ticaət edənlərin sayı da artmaqdadır.
FED.az xəbər verir ki, hazırda ölkədə bir neçə min nəfər şəxs bitkoin və digər kriptovalyutalarla əməliyyatlar aparır. Kriptovalyuta sektorundan verilən məlumata görə, əvvəllər yalnız bitkoinlə maraqlanan həmyerləlirimiz indii digər alətlərə də – «Riplle», «Etherium», «Litecoin», «Bitcoin Cash», «IOTA», «NEM» və sairə də yatırım edirlər. Kriptovalyutalara yatırılan vəsaitlərin məbləğləri isə fərqlidir – bir neçə dollaran başlayıb, 50-60 min dollaradək artır.
Azərbaycanda minlərlə şəxs bitkoinlə ticarət edir
14:06
9 Yan 2018