Dünyanın aparıcı kriptovalyutası - bitkoin 37,8 min ABŞ dollarına kimi bahalaşıb.
Böyük bitkoin birjası dələduzluqla məşğul imiş - 4,3 MİLYARD CƏRİMƏ
FED.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,1 %, son 7 gündə isə 4 % artıb.
Nəticədə bitkoinin kapitallaşması 739 milyard ABŞ dollarına kimi yüksəlib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,8 %, son bir həftədə isə 8 % artaraq 2 087 ABŞ dollarına çatıb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” (2,83 % artım) olub.
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,44 trilyon ABŞ dollarıdır. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.