Kriptovalyuta bazarı Bitcoin-in rəhbərliyi altında yüksəlişini davam etdirir.
Birjada necə qazanırlar? 2022-də valyuta bazarının lideri – ABŞ DOLLARI OLUB
FED.az xəbər verir ki, ötən günlərdə 17 min dolları keçən bitkoin bu gün daha bir kritik həddi aşdı. Aparıcı kriptovalyuta 18 min dollarlıq həddi keçib.
ABŞ-da inflyasiyanın yavaşlayacağı və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artırımlarının sona çatacağına dair gözləntilər bazarda risk iştahını artırıb. Bu, riskli aktivlər kimi qəbul edilən birjaların və kriptovalyutaların artmasına səbəb olub.
Bu inkişaflarla dünən Nyu-York birjasında S&P 500 indeksi yüzdə 1,28, Nasdaq indeksi yüzdə 1,76, Dow Jones indeksi isə yüzdə 0,80 bahalaşıb.
Bitcoin 18 min 250 dollar gördü
Son 24 saatda 4,6% bahalaşan aparıcı kriptovalyuta dekabrın ortalarından bəri ilk dəfə 18 min dolları keçərək 18 min 250 dollara çatıb. Son bir həftədə Bitcoin 8%, Ethereum isə 11,5% dəyər qazanıb.
Bitcoin səhər saatlarında 18 min 130 səviyyəsində hərəkət edərkən, Ethereum da 5 faiz dəyər qazanaraq 1400 dollara yüksəldi. Ripple 4% artaraq 0,373 dollara, Cardano (ADA) 3% artaraq 0,324 dollara, Dogecoin isə 2,7 faiz artaraq 0,079 dollara çatıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.