Bakı vaxtı ilə saat 04:05-də “CoinDesk” portalının məlumatlarına görə, “Bitcoin”in qiyməti 1.56% artaraq 47.174 min dollara yüksəlib.
Eləcə də bax: “Tesla” “bitcoin” kriptovalyutasına - $1.5 Mlrd. Sərmayə Qoydu
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Pik nöqtədə kriptovalyutanın dəyəri 47.550 dollar təşkil edib.
Beləliklə, “bitcoin”in dəyəri son bir neçə saat ərzində üçüncü dəfə tarixi maksimumunu yeniləyib.
Qeyd edək ki, bu, “Tesla” şirktəinin kriptovalyutaya 1.5 milyard dollar sərmayə qoyması xəbərindən sonra baş verib.