Kriptovalyuta bazarında bu gün tarixi anlar yaşanır.
Gümüşün qiyməti 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyədə
FED.az xəbər verir ki, Bitcoinin qiyməti 121 300 dollara çataraq bütün zamanların ən yüksək qiymət səviyyəsini təyin edib. Bu, həm texniki, həm də psixoloji baxımdan mühüm göstəricidir və BTC tarixində ilk dəfə 121 min həddini aşaraq yeni rekord müəyyənləşdirib.
Bu göstərici ilə BTC son 1 saatda 0.28 faiz, son 24 saatda 2,87 faiz, son 7 gündə isə 11,13 faiz artım nümayiş etdirib. Yəni, bazarda ciddi yüksəliş dalğası müşahidə olunur və bu trend investorların gözləntiləri ilə üst-üstə düşür.
Bu artımdan sonra bitkoinin bazar kapitallaşması 2 trilyon 413 milyard dolları ötüb. Bu rəqəm təkcə kriptovalyuta deyil, maliyyə bazarlarının ümumi göstəricilərinə də təsir edəcək səviyyədədir. BTC bu göstərici ilə bir daha bütün aktivlər arasında ən yüksək kapitallaşmaya sahib olan rəqəmsal varlıq statusunu təsdiqləyib.
Son 24 saatda 60,9 milyard dollarlıq bitkoin alınıb-satılıb. Bu bir gündə 501 510 BTC-yə bərabərdir ki, bu da bazarda aktiv hərəkətin göstəricisidir.
Dövriyyədə olan Bitcoin sayı 19,89 milyon ədəddir. Bu isə o deməkdir ki, təklifin 95 faizindən çoxu artıq bazardadır və bu azalan təklif fonunda tələbin artması qiymətləri sürətlə yüksəldir.
BTC-nin ilin əvvəlindən bu günə qədər artımı 28,47 faizdir. Bu qədər qısa müddətdə belə yüksək gəlirlilik, xüsusilə institusional investorların marağını daha da artırır.
Mütəxəssislər qeyd edir ki, növbəti hədəf 125 000 və 130 000 dollar səviyyələridir, lakin qısa müddətli mənfəət realizasiyaları nəticəsində təzyiqlər də mümkündür. Buna baxmayaraq, BTC-nin bu dinamizmi ona həm "rəqəmsal qızıl", həm də "maliyyə gələcəyinin əsas aktivlərindən biri" statusunu qazandırır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.