19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
FED.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"Regional" BOKT MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2004023407 |
|
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu / forması |
Kütləvi / Birqiymətli Hərrac |
|
İstiqrazların sayı |
10,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
İllik gəlirlilik faizi |
16% |
|
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
|
Tədavül müddəti |
2 il |
|
Ticarətə buraxılma tarixi |
24.10.2025 |
|
Anderrayter |
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC |













