Cümə axşamı günortadan sonra Bitkoinin (Bitcoin) qiyməti 24 min dolları keçib.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, ticarət həcminə görə ən böyük olan Binance birjasında Bitkoin gün ərzində3,6% bahalaşaraq 24 min 255 dollara çatıb ki, bu da Bitkoinin 24,4 min dolları ötdüyü avqustun 17-dən bəri ən yüksək səviyyədir.
20-dən çox birja üçün orta qiyməti hesablayan CoinMarketCap portalının məlumatına görə, Bitkoinin dəyəri 3,6% artaraq, orta hesabla 23,82 min dollara çatıb.
Çərşənbə günü FED baza faiz dərəcəsini gözlənildiyi kimi 0,25 faiz bəndi artıraraq illik 4,5-4,75%-ə çatdırıb. FED sədri Jerome Powell mətbuat konfransında bildirib ki, FED inflyasiyanı cilovlamaq üçün faizləri artırmağa davam edəcək. Eyni zamanda, Pauell qeyd edib ki, ABŞ iqtisadiyyatı sərt tədbirlərə baxmayaraq, böyüməni davam etdirəcək və iqtisadiyyatda əhəmiyyətli bir yavaşlama olmadan inflyasiya 2%-ə qayıda bilər.
İlin əvvəlindən Bitkoinin qiyməti nəzərəçarpacaq artım göstərib - dekabrın sonundakı 16,54 min dollardan 1,4 dəfə artıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.