Kriptovalyuta bazarında son saatlarda qiymətlərin enməsi müşahidə edilir.
Bybit kriptovalyuta birjası tarixdə ən böyük haker hücumuna məruz qaldı
FED.az xəbər verir ki, Bitcoin (BTC) dünən 98,000 dolları keçmişdi, lakin bu gün $96,412.65 səviyyəsinə geriləyib. Son 24 saat ərzində Bitcoin 1.82% dəyər itirib, 7 günlük göstəriciyə görə isə qiymət 1.19% azalıb.
Bitcoin bazar dəyəri (Market Cap) hazırda $1.91 trilyon dollar təşkil edir. Son 24 saat ərzində ticarət həcmi $49.42 milyard dollara çatıb ki, bu da 512.31K BTC-yə bərabərdir. Hazırda dövriyyədə olan Bitcoin sayı isə 19.82 milyon BTC-dir.
Qeyd edək ki, Bitcoin ilin əvvəlindən etibarən 2.11% dəyər qazanıb. Saatlıq göstəricilər isə 0.16%-lik zəif qiymət artımını göstərir ki, bu da qiymətin sabitləşə biləcəyinə işarədir.
Bu eniş Bybit birjasına edilən 1.5 milyard dollarlıq hücumla əlaqələndirilə bilər. Hücum xəbəri bazarda qısamüddətli panika yaradaraq investorların satışlarını sürətləndirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.