Şimali Koreya ilə əlaqəli olduğu ehtimal edilən LAZARUS haker qrupu Bybit kriptovalyuta birjasının hesablarından təxminən 1,5 milyard dollar oğurlayıb. Bu, kriptovalyuta bazarının indiyə qədər şahid olduğu ən iri miqyaslı kiberhücumdur.
Bitcoin 98 min dolları keçdikdən sonra - YENİDƏN GERİLƏDİ
FED.az xəbər verir ki, Bybit-in CEO-su hücum barədə açıqlama verib. Bildirilib ki, hakerlər Ethereum saxlanılan cüzdanı sındıraraq vəsaitləri naməlum hesaba köçürüblər. Daha sonra isə oğurlanmış aktivlər hər biri 10 000 ETH olmaqla onlarla fərqli hesaba paylanıb.
Buna baxmayaraq, Bybit istifadəçiləri sakitləşdirməyə çalışıb. Birja digər bütün hesabların təhlükəsiz olduğunu bildirib və istifadəçilərin itkilərini tam ödəyəcəyinə söz verib.
Hücumun təsiri dərhal bazarda hiss olunub. Bitcoin 5%, Ethereum isə 8% dəyər itirib. Digər kriptovalyutaların qiymətində daha böyük enişlər qeydə alınıb. Lakin hazırda bazar tədricən stabilləşməyə başlayıb.
Ümumilikdə, bazarda ciddi bir panika müşahidə olunmur. Binance-dən sonra dünyanın ikinci ən böyük kriptobirjası olan Bybit-in ümumi aktivləri 16 milyard dollardan çoxdur. Bu hücum birjaya böyük zərbə vurub, lakin platformanın fəaliyyətini dayandıracaq qədər təhlükəli deyil.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.