Kriptovalyuta bazarının nəhəngi Bitcoin bu gün yenidən diqqət mərkəzinə düşüb.
Qızılın qiyməti tarixdə ilk dəfə 1 unsiya üçün 3250 dolları keçdi
FED.az xəbər verir ki, hazırda Bitcoin-in qiyməti 83,422.24 ABŞ dolları səviyyəsindədir. Son 24 saat ərzində qiymətdə 3.03% artım qeydə alınıb.
Baxmayaraq ki, son 1 saatda dəyişiklik cəmi 0.02% təşkil edib, bu kiçik dalğalanma ümumi artım tendensiyasını pozmayıb. Lakin son 7 gündə Bitcoin 0.29% dəyər itirib, bu da bazarın qeyri-sabitliyini göstərir.
Bitcoin-in bazar dəyəri hal-hazırda 1.65 trilyon ABŞ dollarıdır. Bu rəqəm onu dünya üzrə ən iri rəqəmsal aktivlərdən biri kimi önə çıxarır. Son 24 saat ərzində isə 41.55 milyard dollar həcmində BTC alqı-satqısı baş verib, bu da 498 min 250 Bitcoin deməkdir.
Dövr edən ümumi təklif 19.84 milyon BTC ilə limitə yaxınlaşmaqdadır. Qeyd edək ki, Bitcoin-in maksimum sayı 21 milyonla məhdudlaşdırılıb.
Bununla belə, 2025-ci ilin əvvəlindən bu yana Bitcoin hələ də 10.68% ucuzlaşıb. Bu isə bir çox investorun hələ də ehtiyatlı davrandığını göstərir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.