Dünyanın ən məşhur kriptovalyutası olan Bitcoin bu gün 119 308 dollar səviyyəsində ticarət olunur.
“Trump Media” $2 milyard dəyərində bitkoin alıb
FED.az xəbər verir ki, son 24 saat ərzində bu göstərici 2,16% artım nümayiş etdirib, son 7 gündə isə ümumi artım 2,40% təşkil edib.
Qısamüddətli volatilliyə baxmayaraq, bu rəqəmlər Bitcoin-in bazarda stabil şəkildə möhkəmləndiyini göstərir. Hazırda kriptovalyutanın ümumi bazar dəyəri 2.37 trilyon dollar həddinə çatıb. Günlük ticarət dövriyyəsi isə 75,87 milyard dollar olub — bu, son günlərdə investor marağının artdığını göstərir.
Bitcoin-in dövriyyədə olan ümumi sayı 19,89 milyon BTC olaraq qalır. İl əvvəlindən bəri qiymət artımı 26,36% olub, bu da uzunmüddətli investorlar üçün pozitiv göstəricidir. Son saat ərzində isə cüzü eniş qeydə alınıb: qiymət 0,39% geriləyib.
Analitiklər bildirir ki, əgər Bitcoin 120 min dollarlıq psixoloji həddi qırmağı bacararsa, növbəti hədəf 122-125 min dollar diapazonu ola bilər. Əks halda, qiymət 117 min ətrafında olacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.