Dünyanın ən populyar kriptovalyutası olan Bitcoin (BTC) növbəti dəfə güclü yüksəliş nümayiş etdirərək 117 900 dollarlıq səviyyəni də geridə qoyub. Bu, son günlərdəki davamlı artım tendensiyasının davamı kimi qiymətləndirilir və BTC-nin bazarda liderliyini daha da möhkəmləndirir.
Bitcoin yeni səviyyəyə addımlayır: 121 MİN DOLLAR! - 1 GÜNDƏ 60 MİLYARDLIQ SATIŞ OLDU
FED.az xəbər verir ki, hazırda Bitcoin-in qiyməti 117 999,92 dollar səviyyəsində qərarlaşıb. Son 24 saatda 0.14%, son 7 gündə isə 8.57% artım qeydə alınıb. Daha geniş perspektivdə baxdıqda, il ərzində BTC-nin dəyəri 26.24% yüksəlib ki, bu da aktivin 2025-ci ildə nə qədər güclü performans göstərdiyini göstərir.
Bitcoin-in ümumi bazar dəyəri hazırda 2.34 trilyon dollar, bu isə dünya iqtisadiyyatında bir sıra ölkələrin ÜDM-i ilə müqayisə oluna biləcək səviyyədədir. Son 24 saatda 89.64 milyard dollarlıq BTC alqı-satqısı baş tutub, bu da bazardakı yüksək likvidlik və marağın davam etdiyini sübut edir.
Dövriyyədə olan BTC miqdarı isə 19.89 milyon ədəddir. Bu rəqəm texniki baxımdan maksimum həcmin çox yaxınında yerləşir və bu da təklif məhdudiyyəti səbəbilə qiymətin uzunmüddətli sabit artımını dəstəkləyən mühüm amillərdəndir.
Sərmayəçilər və kriptovalyuta bazarının iştirakçıları BTC-nin bu sabit artım tempini yeni tarixi zirvələrin başlanğıcı kimi şərh edirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.