Kriptovalyuta bazarının aparıcı oyunçusu olan Bitcoin (BTC) yenidən yüksəliş dalğasına qədəm qoyub.
Trampın bəyanatı kriptovalyutaları çökdürüb – BİTKOİN BİR SAATA 20 MİN İTİRİB - QRAFIK
FED.az xəbər verir ki, son göstəricilərə əsasən, Bitcoin-in qiyməti 114 728,60 dollara çatıb. Bu, son 1 saatda 0,9%, son 24 saatda isə 2,99% artım deməkdir. İlin əvvəlindən bu yana ümumi artım 22,8% təşkil edib. Həftə ərzində isə kriptovalyuta 7,01% dəyər itirib.
Qeyd edək ki, hal-hazlrda Bitcoin-in bazar dəyəri 2,28 trilyon dollar təşkil edir. Son sutka ərzində 92,4 milyard dollar həcmində Bitcoin alqı-satqısı reallaşıb. Hazırda dövriyyədə 19,93 milyon BTC var.
Analitiklərin fikrincə, Bitcoin-in 115 000 dollar həddini keçməsi, bazarda yeni yüksəliş mərhələsinin başlaya biləcəyinə işarədir. Mütəxəssislər yaxın dövrdə 120 000 dollar səviyyəsinin əsas hədəf olduğunu vurğulayırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.