ABŞ prezidenti Donald Trampın Çinə qarşı yeni gömrük rüsumları tətbiqi barədə bəyanatından sonra kriptovalyuta bazarı çöküb.
FED.az xəbər verir ki, oktyabrın 11-də gecə Tramp Çin mallarına 100% rüsum tətbiq edəcəyini elan etdikdən sonra bütün kriptovalyatalar ucuzlaşıb, cəmi bir həftə əvvəl qiyməti rekord vuran bitkoin isə düz 20 min dollar ucuzlaşıb.
Trampın bəyanatından sonra Binance birjasında bitkoinin qiyməti 122 min dollardan 102 min dollara düşüb. Digər populyar kriptovalyuta Ethereum isə 1000 dollar və ya 22% ucuzlaşaraq 4400 dollardan 3 435 dollara enib.
Sonradan bitkoin ucuzlaşmanı bir qədər geri qaytarıb və 113 500 dollara yüksəlib. Ethereum isə yenidən 4 000 dollara çatıb.
Ümumilikdə isə bəyanatdan sonra kriptovalyuta bazarının ümumi kapitalizasiyası oktiyabrın 10-da olan pik nöqtədən 20% azalaraq 3,75 trioyon dollara enib. İlk 100-lükdə olan bəzi kriptovalyutalar isə, məsələn Toncoin 80% dəyərdən düşüb.
Kriptovalyuta bazarının çökməsi nəticəsində bir saat ərzində 1,5 milyon treyder 7,5 milyard dollarlıq alış sifarişlərini ləğv ediblər. Son bir sutkada isə bu rəqəm 13,5 milyard dollara yüksəlib.
Ləğv olunan sifarişlərin 35%-i bitkoin və Ethereum-a aiddir.
FED.az investisiya məsləhəti və ya tövsiyyəsi vermir, bu material yalnız tanışlıq məlumatlandırma məqsədi daşıyır. Kriptovalyuta – maliyyə itkilərinə səbəb ola bilən volotil (qiyməti tez-tez dəyişən) aktivdir.