10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
FED.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 15.10.2025-ci il tarixində başlayıb, 24.10.2025-ci il tarixində bitəcəkdir.
AZ2001008591 İSİN kodlu istiqrazların yerləşdirilməsi 27 oktyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| 
			 Emitentin adı  | 
			
			 "AFB BANK" ASC  | 
		
| 
			 Dövlət qeydiyyat nömrəsi – İSİN  | 
			
			 AZ2001008591  | 
		
| 
			 İstiqrazların növü və forması  | 
			
			 Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar  | 
		
| 
			 Ticarət üsulu/forması  | 
			
			 Kütləvi/ Abunə Yazılışı  | 
		
| 
			 İstiqrazların sayı  | 
			
			 50,000 ədəd  | 
		
| 
			 İlkin ticarət qiyməti  | 
			
			 100 manat  | 
		
| 
			 İstiqrazların buraxılış həcmi  | 
			
			 5,000,000 manat  | 
		
| 
			 İllik gəlirlilik faizi  | 
			
			 13%  | 
		
| 
			 Ödəmə Periodu  | 
			
			 İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir  | 
		
| 
			 Tədavül müddəti  | 
			
			 2 il  | 
		
| 
			 Ticarətə buraxılma tarixi  | 
			
			 27.10.2025  | 
		
| 
			 Anderrayter  | 
			
			 “Assist Finance İnvestisiya Şirkəti” ASC  | 
		




                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







