Dünyanın kriptovalyuta bazarında yeni artım dalğası başlayıb və bitcoin, bir ay sonra yenidən 50 min dolları keçib.
Azərbaycanın tanınmış şirkət sədrindən "Bitcoin" ilə bağlı - AÇIQLAMA - VİDEO
FED.az xəbər verir ki, son 5 gündə tədricən artıma başlayan bitcoin oktyabrın 5-də 50 min dollarlıq psixoloji hədd keçib.
Başqa kriptovalarda da artım var – «Ethereum» 3 400 dollardan yuxarı qalxıb, «Litecoin» isə 171 dollar civarındadır.
Kriptovalyutaları evdə də istehsal etmək olar - 10 MİN DOLLARLIQ CİHAZ LAZIMDIR
Qeyd edək ki, bir qədər əvvəl Bank of America-nın analitikləri qarşıdakı dövrlərdə kripto bazarının daha ciddi tənzimlənəcəyini bildirib. Bu da investorları yatırımlara həvəsləndirib.
Nəticədə sentyabr ayında tədricən 39 min dollara düşən Bitcoin, sentyabr ayının sonundan indiyədək davamlı olaraq 20 faizdən çox artıb.