Qlobal fond bazarlarında səhmlərin ümumi artım tendensiyası müşahidə olunub. Tanınmış Amerika şirkətlərinin səhmlərinin qiymətləri orta hesabla 1-3% arası bahalaşıb.
FED.az xəbər verir ki, günün ən çox diqqət çəkən artımı Tesla şirkətinə məxsus olub. Şirkətin səhmləri 4,31% bahalaşaraq 452,42 dollara çatıb.
“Alphabet (Google)” səhmləri də 3,62% artımla 269,93 dollara yüksəlib. Apple və NVIDIA kimi digər texnologiya liderləri də günü müsbət nəticə ilə tamamlayıblar. Belə ki, Apple səhmləri 2,28%, NVIDIA səhmləri isə 2,81% dəyər qazanıb.
Bazarın ümumi mənzərəsinə baxıldıqda, səhmlərin əksəriyyəti bahalaşıb, yalnız Berkshire Hathaway (-0,82%) və Johnson & Johnson (-0,05%) şirkətinin səhmləri cuzi dərəcədə ucuzlaşıb.
Daha detallı aşağıdakı cədvəldə :
|
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
|
1 |
Apple |
268,81 |
+2,28 |
|
2 |
Amazon.com |
226,97 |
+1,23 |
|
3 |
Meta Platforms |
750,82 |
+1,69 |
|
4 |
Berkshire Hathaway |
488,07 |
-0,82 |
|
5 |
Visa |
347,82 |
+0,13 |
|
6 |
Johnson & Johnson |
190,30 |
-0,05 |
|
7 |
Microsoft |
531,52 |
+1,51 |
|
8 |
Alphabet (Google) |
269,93 |
+3,62 |
|
9 |
Tesla |
452,42 |
+4,31 |
|
10 |
NVIDIA |
191,49 |
+2,81 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













