Rusiya Mərkəzi Bankı, investorlara maliyyə bazarlarında maksimum mənfəət əldə etməyə hansı meyarların imkan verdiyini öaşkar edib.
Rusiyada kriptovalyutaların reklamı qadağan edildi - YENİ QANUN
FED.az xəbər veri ki, tədqiqat çərçivəsində Mərkəzi Bank Moskva Birjasındakı investorları araşdırıb.
Məlumatların toplanması 2023-cü ilin oktyabr-dekabr aylarında həyata keçirilib.
Ən çox ali təhsili olan investorlar qazanır
Rusiya Mərkəzi Bankının araşdırması göstərib ki, fond və törəmə alətlər bazarlarında maksimum mənfəəti ali iqtisadi və maliyyə təhsili, həmçinin maliyyə institutlarında təcrübəsi olan investorlar əldə edir. Mühəndislər və humanitar elmlər üzrə mütəxəssislər, son bir il ərzində ən azı 6 milyon rubl həcmində qiymətli kağızların aktiv ticarətində təcrübəyə malik olduqları təqdirdə aktivləri uğurla idarə edirlər.
İnvestisiya təcrübəsi
Tədqiqat göstərir ki, səhm və törəmə bazarlardakı uğurlu investorlar uğursuz olanlarla müqayisədə ümumiyyətlə daha uzun investisiya təcrübəsinə malikdirlər.
Fond bazarında uğurlu iştirakçıların 1-3 illik investisiya təcrübəsi var, ən uğurlu investorlar isə 3-5 il və 10 ildən çox təcrübəyə malik qruplarda müşahidə olunur. Birjada 1 ildən az təcrübəsi olan investorlar arasında uğursuz olanlar üstünlük təşkil edir.
Törəmə alətlər bazarında bütün uğurlu investorlar 3 ildən artıq təcrübəyə malikdirlər. Uğurlu iştirakçıların daha yüksək faizi 3-5 illik və 5-10 illik təcrübəyə malik qruplarda müşahidə olunur.
İnvestisiya sahəsində əlavə təhsil
Səhm və törəmə alətlər bazarlarına sərmayə qoyuluşunun effektivliyini yaxşılaşdıran əlavə təhsillər arasından Mərkəzi Bank aşağıdakıları qeyd edib:
- maliyyələşdirmə, kapitalın artırılması;
- fundamental və texniki analiz;
- Davranış iqtisadiyyatı.
Araşdırmada qeyd olunub ki, maliyyə təşkilatlarında təcrübəsi olan investorlar birjada yaxşı performans göstəriblər, lakin törəmə alətlər bazarında zəif çıxış ediblər. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.