2022-ci ilin yanvar-sentyabr ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Eləcə də bax:Bakı Fond Birjasında əməliyyatların ümumi - HƏCMİ AZALIB - YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 5 milyard 997 milyon 37 min manat dövriyyə ilə 1-ci, CPM-İnvest İnvestisiya Şirkəti QSC 3 milyard 445 milyon 574 min manat dövriyyə ilə 2-ci və "ABB İnvest İnvestisiya Şirkəti" QSC 1 milyard 998, milyon 560 min manat dövriyyə ilə 3-cü yeri tutub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.