Bakı Fond Birjasında 01.01.2022-30.09.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9 milyard 146 milyon 107 min manat təşkil edib. Xatırladaq ki, ötən ilin eyni dövründə BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 947 milyon 606 min manat təşkil etmişdi.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 130 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 596% artım müşahidə olunub.
2022-ci ilin sentyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 106 milyon 547 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.