Bir neçə gün ərzində 4 000 dollar səviyyəsindən yuxarıda möhkəmlənən qızılın qiyməti bu gün enişlə yadda qaldı.
Bitcoin 114 min dollara yaxınlaşır - SON QİYMƏT
FED.az xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 3975 dollar təşkil edir. Bu, son sutka ərzində 30,3 dollar və ya 0,76% azalma deməkdir. Hazırkı məzənnə ilə 1 qram qızılın qiyməti təxminən 127,8 dollar, yəni təxminən 217 manat civarındadır.
Son həftələr ərzində qızılın qiyməti davamlı olaraq 4 100–4 050 dollar aralığında dəyişirdi və investorlar onun 4000 dolların üzərində qalacağını gözləyirdilər. Qızılın aylıq və illik göstəriciləri isə hələ də artımda qalır. Belə ki, son 30 gündə qiymət 4,7%, son 6 ayda 20,5%, son 1 ildə isə 44,6% bahalaşıb. Uzunmüddətli perspektivdə qızıl 5 il ərzində 114%, 20 il ərzində isə 748% dəyər qazanıb.
Analitiklər hesab edirlər ki, qiymət yenidən 4 000 dollar səviyyəsini bərpa edə bilər, çünki geosiyasi risklər və inflyasiya gözləntiləri hələ də yüksək olaraq qalır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













