Rəqəmsal valyutaların lideri olan Bitcoin son günlərdə yenidən bahalaşma mərhələsinə daxil olub.
"AFB BANK"ın istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi - BAŞ TUTUB
FED.az xəbər verir ki, hazırda 1 BTC-nin qiyməti 113 864 dollar səviyyəsindədir. Göstəricilər göstərir ki, Bitcoin son bir neçə gündəki durğunluqdan çıxaraq bütün istiqamətlərdə müsbət dinamika nümayiş etdirib. Qiymət son 24 saat ərzində 1,33%, son 7 gündə isə 5,59% artıb. Kriptovalyutanın ilin əvvəlindən bəri göstəricisi daha yüksəkdir, belə ki, artım 21,9% təşkil edib.
Qeyd edək ki, Bitcoin-in mumi bazar dəyəri 2,27 trilyon dolları ötüb. Son sutka ərzində 58,8 milyard dollar həcmində Bitcoin alqı və satqısı reallaşıb.
Analitiklər bildirirlər ki, Bitcoin-in 115 min dollar səviyyəsini keçməsi, psixoloji olaraq yeni “ralli dalğasına” start verə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













