24 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 500,000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdi.
Kazım Əliyev “Kəpəz” BOKT-dakı - PAYINI SATDI
FED.az-a bu barədə BFB-dən bildirilib.
Birjanın açıqlamasında qeyd edilir ki, 25 yanvar 2024-cü il tarixində BOKT “Kəpəz” MMC-nin AZ2010020801 ISIN kodlu istiqrazları BFB-dəki qaydalara uyğun olmadığı üçün delistinq edilib.
Buna səbəb həmin qaydalardakı 13.1.2 və 14.13-cü bəndlərin tələblərinə uyğun olmadığı vurğulanır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.