2020-ci ildə Bakı Fond Birjasında (BFB) 14 dəfə, son doqquz ayda isə 12 dəfə korporativ qiymətli kağızların yerləşdirilməsi baş tutub.
Eləcə də bax: Bakı Fond Birjasında əməliyyatların həcmi - 11 Milyard Manata Yaxınlaşdı
FED.az xəbər verir ki, bu barədə BFB-nin sədri Eldar Abdullayev deyib. Onun sözlərinə görə, bu il sözügedən qiymətli kağızların yerləşdirilməsinə dair əməliyyatların 20-dək yüksəldilməsi nəzərdə tutulur.
E. Abdullayev onu da xatırladıb ki, xüsusi ilə BOKT-ların istiqrazlarına investorlar tərəfindən maraq artıb.(Apa)