Xəbər verildiyi kimi, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının 20 milyon manatlıq istiqrazları mayın 18-də Bakı Fond Birjasının (BFB) listinqinə daxil edilib.
FED.az xəbər verir ki, bankın istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı 20 milyon manatlıq - İSTİQRAZ BURAXIR – GƏLİR İMKANI
İndi isə istiqrazların satılacağı tarix açıqlanıb. Birjadan verilən məlumata görə, ABB-nin istiqrazları iyunun 1-də Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
Q/k-ın Ticarətə buraxılma tarixi |
İstiqrazların sayı |
İllik gəlirlilik faizi |
Nominal dəyəri |
Ödəmə periodu |
Tədavül müddəti |
AZ2001004582 |
Faizli, təmin edilməmiş istiqrazlar |
01.06.2022 |
20,000 (ədəd) |
6 % |
1,000 AZN |
Hər 3 (üç) təqvim ayından bir |
24 ay |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.