2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Eləcə də bax: Bank Respublika fond bazarından daha 15 mln. manatlıq vəsait - CƏLB EDİR
FED.az xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
Faizli təmin edilməmiş sənədsiz adlı | 5,000
(ədəd) |
1,000 manat | 8.5% | 2 il | Hər 3 aydan bir |
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.