“Bank BTB” ASC tədavül müddəti 6 təqvim ili olan 2 milyon manat məbləğində istiqrazlar yerləşdirib.
Eləcə də bax: Daha bir şirkət istiqraz buraxır – İLLİK 13%-LƏ - ŞƏRTLƏR
FED.az xəbər verir ki, Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. İstiqrazların hərrac qiyməti 1,000.00 AZN müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.
İstiqrazın illik faiz dərəcəsi 9%-dir, faiz ödənişləri 30 təqvim günündən bir olmaqla investorlara ödənilir.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.