“Holcim (Azərbaycan)” ASC yığıncaq keçirəcək.
Eləcə də bax: Daha bir şirkətin - SƏHMDARLARI TOPLAŞIR
FED.az xəbər verir ki, “Holcim (Azərbaycan)” ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı 2020-ci il iyun ayının 3-də səhər saat 10:00-da, Bakı şəhəri, AZ 1065, İzmir küçəsi 1033 ünvanında yerləşən HyattRegency hotelinin Görüş və Konfrans Mərkəzində yerləşən Quba zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı zalın foyesində saat 08:45-09:45-dək aparılacaqdır.
“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 03 İyun 2020-ci il tarixdə keçiriləcək Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir.
1. "Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin seçilməsi;
2. “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi;
3. 2019-cu il maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsinin təsdiq edilməsi;
4. Müşahidə Şurasına üzvün təyin edilməsi;
5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi;
6. “Holcim (Azərbaycan)” ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi;
7. “Holcim (Azərbaycan)” ASC ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi;
8. “Holcim (Azərbaycan)” ASC və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi;
9. “Holcim (Azərbaycan)” ASC və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc: müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LHİF” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi.