23 avqust 2024-cü il saat, 11.00-da “Lənkəran-Taxıl” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə, ev 137 ünvanında cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin icra orqanının formalaşdırılması;
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 776 65 52.