Bakı Fond Birjasının İdarə Heyəti sədrinin ofisinin yeni rəhbəri təyin edilib.
“Qala Sığorta”da aktuari vəzifəsi Elvin Əfəndiyə - HƏVALƏ EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Emil Babayev gətirilib.
E.Babayev 2021-ci ilin yanvarından BFB-yə təyinat alıb. Həmin tarixdən 2024-cü ilin fevralına qədər Biznesin inkişafı qrupunun rəhbəri olub.
E.Babayev 2020-ci ilin oktyabrına qədər isə ABB-də İpoteka şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, bundan daha əvvəllər isə Azərbaycan İpoteka Fondunda, eləcə də bağlanmış banklar “Dekabank” və “Kredobank”da İdarə Heyəti sədrinin müavini kimi çalışmışdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.