4-8 mart 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri, İdarə Heyətinin sədri və nümayəndə heyəti İstanbul şəhərinə işgüzar səfər ediblər.
Bakı Fond Birjasında əməliyyatların həcmi 2,4 dəfə artıb
FED.az-a Birjadan verilən məlumata görə, 7 mart 2024-cü il tarixində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin fond birjası olan “Borsa İstanbul”-un nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın kapital bazarının inkişafı istiqamətində təcrübələrin öyrənilməsi və tətbiqi müzakirə olunub, “Borsa İstanbul”-un beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif işçi qrupları ilə təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin kapital bazarının digər aparıcı şirkət və qurumları ilə də görüşərək əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.