Bakı Fond Birjasında 2024-cü ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5 milyard 303 milyon 733 min manat təşkil edib.
FED.az xəbər veirr ki, birjanın yaydığı məlumatda bildirilir ki, əməliyyatların ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% artıb.
Bakı Fond Birjasında 2023-cü ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 212 milyon 274 min manat təşkil etmişdi.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 297%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 84 %Ş repo əməliyyatları üzrə 186 % artım oliub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 13 dəfə artım qeydə alınıb.
2024-cü ilin fevral ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768 milyon 812 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.