“Bakı Fond Birjası” QSC 2020-ci ildə əldə etdiyi xalis mənfəətin 2019-cu illə müqayisədə təxminən 4 dəfə az olmasına münasibət bildirib.
Eləcə də bax: “Bakı Fond Birjası”nın xalis mənfəəti - 4 Dəfəyə Yaxın Azalıb
FED.az xəbər verir ki, bu barədə Birjanın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev açıqlama verib.
Onun sözlərinə görə, azalma rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlər üzrə komisson haqlarının dəfələrlə azaldılması ilə bağlıdır. Son nəticədə Birjanın gəliri kəskin azalıb, xərclərində isə azalma olmayıb. (Report)