Bakı Fond Birjasında 01.01.2022-30.06.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 949 milyon 540 min manat təşkil etmişdir.
Eləcə də bax: Azərbaycanda 3 investisiya şirkətinin xalis mənfəəti - 1 Milyon Manatdan Çoxdur
Ötən ilin eyni dövründə Birjada qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 303 milyon 60 min manat təşkil etmişdi. Beləliklə, ticarətin həcmində azalma baş verib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 157%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 6 dəfəyə yaxın, korporativ istiqrazlar üzrə (ipoteka istiqrazları istisna olmaqla) ilkin bazar əməliyyatlarında isə 100 dəfəyə yaxın artım müşahidə olunub.