Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkətindən 3-nün ötən il (xalis) mənfəəti 1 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti - 26% ARTIB
FED.az xəbər verir ki, bunlar “PAŞA Kapital” (2,461 milyon manat), “PSG Kapital” (1,718 milyon manat) və “İnvest-AZ” (1,242 milyon manat) investisiya şirkətləridir.
Qalan 8 investisiya şirkətindən 2-də – “Unicapital” və “Azfinance”ın (xalis) mənfəət 500 min manat - 1 milyon manat arasında, 4 investisiya şirkətində - “CPM-İnvest”, “ABB-İnvest”, “BTB Kapital” və “Xalq Kapital”da isə 500 min manatdan azdır. “Plato Capital” və “MFX-Trading” investisiya şirkətləri isə ötən ili zərərlə başa vurub.
11 investisiya şirkətinin 5-i – “Azfinance” “Xalq Kapital”, “Unicapital”, “PSG Kapital” və “İnvest-AZ” ötən il (xalis) mənfəətini artırıb, “PAŞA Kapital” və “BTB Kapital” investisiya şirkətləri isə azaldıb. “MFX-Trading” investisiya şirkəti (xalis) zərərini artırıb, “Plato Capital” investisiya şirkəti isə (xalis) zərərini azaldıb. “ABB-İnvest” investisiya şirkəti ötən ildən (xalis) mənfəətlə, əvvəlki ildən isə (xalis) zərərlə çıxdığı, “CPM-İnvest” investisiya şirkəti isə bazara ötən il daxil olduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.