Bu ilin I yarısında Azərbaycanda investisiya şirkətlərinin aktivləri ilin əvvəli ilə müqayisədə 14 milyon manat və ya 13 % artaraq 122 milyon manat təşkil edib.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Keçən ilin müvafiq dövründə investisiya şirkətlərinin aktivləri 108 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.