12 noyabr 2021-ci il tarixində sayca dördüncü olan Birja üzvləri ilə görüş keçirilmişdir.
Eləcə də bax: Səhmlər üzrə ən çox əməliyyat - “İnvestAZ”a TAPŞIRILIR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, tədbirdəkorporativ qiymətli kağızlar bazarında hazırkı aktivlik, cari ildə baş vermiş mühüm hadisələr və 2022-ci ildə görüləcək işlər barəsində müzakirələr aparılmışdır.
Bununla yanaşı tədbirdə kapital bazarı barədə maarifləndirmə görüşlərinin vacibliyi də vurğulanmışdır.
Qeyd edək ki, Bakı Fond Birjası tərəfindən birja üzvləri olan investisiya şirkətləri ilə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ilə görüşlər keçirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.