18 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Konstromat" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilb.
Sement məhsulları satan şirkət 196 min manatlıq - SƏHM BURAXIR
FED.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, "Konstromat" ASC-nin “Bakı Fond Birjası” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılması, həmçinin emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinin bərpası işlərinin tamamlanmasını üzərinə götürür.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
19 yanvar 2024-cü il tarixində "Konstromat" ASC-nin səhmləri üzrə abunə yazılışına başlanılmış və 3 (üç) iş günü müddətində davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İnvestisiya Şirkəti” QSC -dir.
Hər birinin nominal dəyəri 10 manat olan adi, adlı, sənədsiz səhmlərin sayı 19 600 ədəddir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.