Bakı Fond Birjasında 2023-cü ilin yanvar- aprel ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 4 milyard 685 milyon 779 min manat təşkil edib.
"İnvest-Az”ın dövriyyəsi 3 dəfədən çox artıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Birjanın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızların ilkin bazarı üzrə ticarət həcmində 25%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39%, repo əməliyyatları üzrə 2% artım qeydə alınıb. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 14 dəfə artım qeydə alınıb.
2023-cü ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 377 milyon 453 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.