Bakı Fond Birjasında 01.01.2022-30.04.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6 milyard 470 milyon 138, min manat təşkil etmişdir.
Eləcə də bax: Azərbaycanda 2046-cı ilədək müddəti olan istiqraz buraxıldı – 50 MİLYON MANAT
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 189 %, repo əməliyyatları üzrə 43%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 427%, ümumi ticarət həcmində isə 12% artım qeydə alınmışdır.
Ötən ilin müvafiq dövrünə nəzərən korporativ istiqrazlar ilkin bazarının ticarət həcmində (ipoteka istisna olmaqla) 287 dəfə artım müşahidə olunmuşdur.
2022-ci ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası4 milyard 89 milyon 315 min manat təşkil etmişdir.