23 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə ”Azkredit” BOKT ASC-nin ümumi dəyəri 500 yüz min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, 26 yanvar 2023-cü il tarixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 8%, tədavül müddəti 1 ildir. Faizlər hər 90 gündən bir ödəniləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ investisiya şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.