“AzFinance İnvestisiya Şirkəti” QSC 1 mln. ABŞ dolları həcmində borc pul cəlb edir.
“Ferrum Kapital” investorlardan 13%-lə borc alır - MƏBLƏĞ, HƏRRAC TARİXİ
FED.az xəbər verir ki, bu barədə emissiya prospektində deyilir.
Bildirilir ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxılacaq.
Xatırladaq ki, “AzFinance” İnvestisiya Şirkəti 2 fiziki şəxsə – Abid Məmmədova (84,97%) və İntiqam Səfərəliyevə (15,03%) məxsusdur. Sonuncu, həm də şirkətin direktorudu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.