Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 18 milyard 616,9 milyon manatlıq əməliyyat aparılıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 10 milyon 313,6 min manat və ya 2,2 dəfə çoxdur.
Yarımillik göstəricinin 4 milyard 280,6 milyon manatlıq hissəsi ilkin bazarda, 14 milyard 336,3 milyon manatlıq hissəsi təkrar bazarda formalaşıb.
İlkin bazarda formalaşmış əməliyyatların həcmi 793,6 milyon manat və ya 22,8%, təkrar bazarda formalaşmış əməliyyatların həcmi isə 9 milyon 313 min manat və ya 2,9 dəfə artıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 7 354 əqd bağlanılıb. Bu, illik müqayisədə 1 772 əqd və ya 31,7 % çoxdur. Əqdlərin 1 182-si ilkin bazarın , 6 172-si isə təkrar bazarın payına düşüb.
Bağlanmış əqdlərin sayı illik müqayisədə ilkin bazarda 22 ədəd (1,8%), azalıb, təkrar bazarda 1 794 ədəd (41%) artıb.