Azərbaycanın maliyyə ehtiyatları son illərdə əhəmiyyətli artım nümayiş etdirib.
BFB: Bu il daha bir şirkətin səhm buraxılışı həyata keçiriləcək
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən Kapital Bazarı : Əsas Prinsiplər və Fundamental Biliklər adlı seminarda Bakı Fond Birjasının baş iqtisadçısı Ülkər Əhmədova deyib.
O qeyd edib ki, "Ölkənin maliyyə dayanıqlığını təmin edən əsas amillərdən biri Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (CBAR) ehtiyatlarıdır. Statistik göstəricilər bu ehtiyatların illər ərzində sabit şəkildə artdığını göstərir.
2015-ci ildə ölkənin ümumi qızıl rezervləri 38,6 milyard dollar təşkil edirdi. Növbəti illərdə bu göstərici tədricən yüksələrək 2024-cü ildə 67,4 milyard dollara çatıb. Artım tendensiyası, xüsusilə son illərdə daha dinamik xarakter alıb. Mərkəzi Bankın ehtiyatları 11 milyard dollara yüksəldiyi halda, SOFAZ-ın ehtiyatları 68,8 milyard dollar həddinə çatıb.
Maliyyə ehtiyatlarının artması fonunda ölkənin xarici borca olan asılılığı da nəzərəçarpacaq dərəcədə azalıb. Xarici borcun ehtiyatlara nisbəti 2015-ci ildə 2,9 olduğu halda, bu rəqəm 2024-cü ildə 7,7-yə yüksəlib. Bu isə Azərbaycanın xarici borcdan daha az asılı olduğunu və öz maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin gücləndiyini göstərir.
Dövlət Neft Fondunun aktivlərinin diversifikasiyası da diqqət çəkən məqamdır. Fondun qızıl ehtiyatları son illərdə genişlənərək 2018-ci ildə 2 milyard dollardan 2023-cü ildə 6,8 milyard dollara çatıb. Bu isə qlobal iqtisadi qeyri-müəyyənliklərə qarşı strateji qorunma mexanizmi kimi qiymətləndirilir".