Avtomobillərin maliyyə lizinqi bazarında fəaliyyət göstərən «Legion Financial» MMC yenidən istiqraz bazarına çıxır - 500 min manatlıq qiymətli kağızların yerləşdirilməsini planlaşdırır.
Azərbaycanda istiqraz bazarını «partladacaq» yenilik – 60%-LİK DÖVLƏT ZƏMANƏTİ BAŞLAYIR
FED.az xəbər verir ki, emissiya prospektinə əsasən, o, qiymətli kağıza görə nominal dəyəri 1 min manat olan 500 istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti – 1800 gün, gəlirlilik – illik 15%-dir, kupon ödənişi - hər 30 gündən birdir.
Xəbər verildiyi kimi, 2023-cü ilin iyun ayında «Legion Financial» istiqrazların yerləşdirilməsi vasitəsilə 500 min manat cəlb edib. İstiqrazların ödəmə tarixi – 30 may 2028-ci il, gəlirliliyi - illik 15%-dir.
«LEGİON FİNANCİAL» MMC 2020-ci ilin iyun ayında Azərbaycanda dövlət qeydiyyatından keçib. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 601,1 min manata bərabərdir, təsisçiləri 3 fiziki şəxsdir.
2022-ci ilin sonuna cəmiyyətin aktivləri 2,13 milyon manat, lizinq portfeli – 2,1 milyon manat həcmində qiymətləndirilir. 2022-ci ilin yekunları üzrə cəmiyyətin xalis mənfəəti 282,7 min manat təşkil edib. (İnterfaks-Azərbaycan)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.