Avtomobillərin maliyyə lizinqi bazarında fəaliyyət göstərən «Legion Financial» MMC yenidən istiqraz bazarına çıxır - 1 mlyon manatlıq qiymətli kağızların yerləşdirilməsini planlaşdırır.
Azərbaycanda istiqraz bazarını «partladacaq» yenilik – 60%-LİK DÖVLƏT ZƏMANƏTİ BAŞLAYIR
FED.az xəbər verir ki, emissiya prospektinə əsasən, o, qiymətli kağıza görə nominal dəyəri min manat olan 1 000 istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti – 1800 gün, gəlirlilik – illik 15%-dir, kupon ödənişi - hər 30 gündən birdir.
«Legion Financial» MMC 2020-ci ilin iyun ayında Azərbaycanda dövlət qeydiyyatından keçib. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 601,1 min manata bərabərdir, təsisçiləri 3 fiziki şəxsdir.