Dünyanın ən geniş kriptovalyuta istifadə göstəricilərini əhatə edən “Chainalysis 2025 Global Crypto Adoption Index” hesabatında Azərbaycan 90-cı pillədə qərarlaşıb.
Bitcoin 112 min dollara qədər gerilədi - SON QİYMƏT
FED.az xəbər verir ki, bu reytinq ölkədə kriptovalyuta istifadəsinin hələ ilkin mərhələdə olduğunu göstərir. Qeyd edək ki, hesabatda ilk üçlüyü Hindistan, ABŞ və Pakistan tutub.
Azərbaycan bu araşdırmada Yaxın Şərq və Şimali Afrika regionuna daxil edilib. Hesabat ölkələrin kriptovalyuta qəbul səviyyəsini beş əsas göstərici üzrə qiymətləndirib. Azərbaycanın nəticələri aşağıdakı kimidir:
Pərakəndə mərkəzləşmiş xidmətlər üzrə göstərici:
Azərbaycan bu kateqoriyada 83-cü yeri tutub. Bu, ölkədə adi istifadəçilər, yəni fərdi və kiçik investorlar arasında kriptovalyuta əməliyyatlarının hələ geniş yayılmadığını göstərir.
Ümumi mərkəzləşmiş xidmətlər üzrə göstərici :
Azərbaycan 81-ci pillədə yer alıb. Bu, həm pərakəndə, həm də institusional əməliyyatları birləşdirən ümumi bazar aktivliyinin nisbətən zəif olduğunu ifadə edir.
Qeyri-mərkəzləşmiş maliyyə əməliyyatları:
Ölkə bu sahədə 97-ci yerdə qərarlaşıb. Yəni DeFi platformalarından (Uniswap, Aave, Compound, Curve Finance) məsələn, mərkəzsiz kredit və ya token mübadiləsinin Azərbaycanda çox aşağı səviyyədə olduğu məlum olur.
İnstitusional əməliyyatlar üzrə göstərici:
Bu göstərici iri şirkətlərin və investorların əməliyyatlarıdır. Bu göstərici üzrə Azərbaycan 82-ci yerdə olub. Yəni ölkədə hələ böyük biznes qurumları və maliyyə təşkilatları kriptovalyuta bazarında ciddi şəkildə iştirak etmir.
Ümumilikdə, bu nəticələr göstərir ki, Azərbaycanda kriptovalyutadan istifadə hələ başlanğıc mərhələsindədir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













