2023-cü ilin yanvar-avqust ayı üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
"Birjada məsləhət tam ödənişsizdir, şirkətlər üçün daha aşağı faizlə borclanmaq imkanı var"- MÜSAHİBƏ
FED.az Birja-ya istinadən xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 10 milyard 402 milyon 327 min mant dövriyyə ilə 1-ci, "ABB İnvest İnvestisiya Şirkəti" QSC 2 milyard 832 milyon 686 min manat dövriyyə ilə 2-ci, CPM-İnvest İnvestisiya Şirkəti QSC 2 milyard 664 milyon 489 min manat dövriyyə ilə 3-cü yeri tutub.
2022-ci ilin yanvar-avqust aylarında dövriyyənin həcminə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” 1-ci, “ CPM-İnvest İnvestisiya Şirkəti” 2-ci, "ABB İnvest İnvestisiya Şirkəti" 3-cü yeri tutmuşdu.
Hazırda 12 investisiya şirkəti BFB-nin üzvüdür.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.