Azərbaycanın elektron ödəniş sistemi "Hesab.az" daxili kriptovalyutasını istifadəyə verib.
Eləcə də bax: «Azərbaycanda hər gün 45 min nəfər - BİTKOİNLƏ MARAQLANIR»
FED.az xəbər verir ki, bunu "APA"ya "GoldenPay" şirkətindən deyiblər.
Şirkətdən bildirilib ki, "Hesab.az" portalının istifadəçiləri ödəniş etdiyi xidmətdən asılı olaraq (sığorta ödənişləri istisna olmaqla), müəyyən miqdarda "HesabCoin" toplayacaqlar.
Toplanan "HesabCoin"ləri "Hesab.az"da Azərbaycan manatına çevirmək mümkündür. Bildirilib ki, həmin məbləğ yalnız "Hesab.az"da ödəniş etmək üçün istifadə oluna bilər.